AZ

Çinin Honkonq Kore Akademiyasının nümayəndələri Ulu Öndərin məzarını ziyarət ediblər

Bakı, 7 oktyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini profüssor Raymond J. Vu, akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng ölkəmizdə səfərdədirlər.

Səfər çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və çinli alimlər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər gül dəstələri qoyublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Seçilən
15
3
azertag.az

4Mənbələr