AZ

Şalva Papuaşvili: “Biz ABŞ-ın Corciya ştatı deyilik, müstəqil dövlətik”

Yazını böyüt
Yazını kiçilt

“ABŞ-ın Gürcüstan vətəndaşlarına sanksiya tətbiq etməsi ilə bağlı qəbul etdiyi qərarların heç bir hüquqi əsası yoxdur. Amerika tərəfi sanksiyaları əsaslandırmaq üçün heç bir sübut təqdim edə bilmədi”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O qeyd edib ki, Gürcüstan müstəqil dövlətdir və kənardan heç kim ölkənin daxili işlərinə qarışa bilməz.

“Polis əməkdaşlarımıza gəlincə, eşitdiyimiz ittihamlar əsassızdır. Heç kim onlara qarşı irəli sürülən iddiaların sübutunu görməyib. Onlara ədalətli mühakimə-müdafiə hüququ verilmədi. ABŞ-ın heç bir faktı və ya iddiası ictimaiyyətə açıqlanmayıb. Beləliklə, bu, heç bir hüquqi əsası olmayan bağlı qapılar arxasında verilmiş tipik bir qərardır. ABŞ-ın sanksiya qərarlarına gəlincə, bizi ingiliscə “Georgia” adlandırırlar. Amma biz ABŞ-ın Corciya ştatı deyilik, konstitusiyamıza, qanunvericiliyimizə görə müstəqil dövlətik. Gürcüstanda dövlətin yurisdiksiyası qüvvədədir. Kənardan heç kim Gürcüstanın daxili işlərinə qarışa bilməz. Əgər Gürcüstan vətəndaşı ilə bağlı hər hansı iddiası, sübutu varsa, onu təqdim etsinlər. Fakt budur ki, onlar bu sübutları təqdim edə bilmirlər. Ona görə də bu qərar tamamilə özbaşına və əsassızdır”, - Şalva Papuaşvili deyib.

Seçilən
10
hafta.az

1Mənbələr