AZ

UKRAYNA KRIMDA NEFT TERMİNALINI RAKET ZƏRBƏSİ İLƏ VURDU

Hurriyyet.az xəbər verir ki, Ukrayna Krımdakı ən böyük neft terminalına raket zərbəsi endirib.

Krımdakı Feodosiya şəhərində yerləşən neft bazasında yanğın baş verib, yanacaq dolu sisternlər alovlanıb.

Yerli sakinlərin sözlərinə görə, neft bazası rayonunda partlayışlar səhər 4.30 radələrində baş verib, ardından yanğın başlanıb. Neft bazasındakı yanğın səbəbindən Feodosiyada bələdiyyə xarakterli texnogen fövqəladə vəziyyət elan edilib.

Rəsmi açıqlamada qurbanların və zərərçəkənlərin olmadığı deyilir. Hadisə yerində operativ xidmət əməkdaşları fəaliyyət göstərirlər.

Ukraynanın Baş Qərargahı da Feodosiyaya zərbə xəbərini təsdiqləyib. Hədəfin raket zərbəsi ilə vurulduğu bildirilir. 

Hürr Tərcüman

Seçilən
9
hurriyyet.az

1Mənbələr