AZ

Azərbaycan İtaliyaya 9,6 milyard kubmetr qaz ixracına hazırlaşır - EN

Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini və Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşüb.

Fins.az xəbər verir ki, italiyalı nazirlə görüşdə enerji əlaqələrinin genişlənməsi xüsusunda SOCAR ilə “Eni S.P.A” şirkətinin əməkdaşlığı, TAP layihəsinin ötürücülük gücünün artırılması, “CESI”nin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin texniki-iqtisadi əsaslandırmasında iştirakı, bərpaolunan enerjinin tədarük imkanları kimi məsələlər müzakirə edilib. Bu il İtaliyaya 9,6 milyard kubmetr qaz ixracının gözlənildiyi qeyd olunub. “Yaşıl enerji dəhlizi” layihəsi üzrə proseslərin cari vəziyyətindən, layihənin texniki-iqtisadi əsaslandırmasına Bolqarıstanın da daxil edilməsindən bəhs edilib. Serbiya və İtaliyanın da bu layihəyə qoşulma  perspektivləri dəyərləndirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub və italiyalı nazir “Enerji Günü”nə dəvət edilib.

Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşdə isə “Hidrogen Bəyannaməsi”nin COP29 Sədrliyinin enerji təşəbbüslərindən biri olduğu, ölkəmizdə hazırda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumatlar verilib. COP zamanı hidrogen mövzusunda tədbirlərdə iştirak və əməkdaşlıq imkanları müzakirə edilib. COP-da uğurlu nəticə əldə etmək üçün Hidrogen Şurasının maraqlı dairələrin cəlbi istiqamətində dəstəyi təklif olunub.


Zemfira Ms
Fins.az

phrase_var_article.chosen
313
8
fins.az

10phrase_var_article.sources