AZ

Bosniya və Herseqovina daşqınlardan sonra: VİDEO

Avropada daşqın fəlakəti artıq bir aydır davam edir. Polşa, Çexiya, Avstriya və Rumıniyada "Boris" qasırğasının yaratdığı güclü daşqınlar nəticəsində azı 21 nəfər öldüyü deyilirdi.

Adalet.az xəbər verir ki, artıq 4 gündür Bosniya və Herseqovina selin ağuşundadır. Beləki, baş verən daşqınlar nəticəsində ən azı 18 nəfər öldüyünün, itkinlər olduğunun məlumatları mediada yer alıb.

Güclü yağışlar nəticəsində torpaq sürüşmələri intensivləşir evlər, körpülər, eləcə də avtomobil və dəmir yolları dağılıb. Bu da ölü sayının artacağına şərait yaradır.
Qeyd edək ki, Bosniya və Herseqovina Futbol Federasiyası ölkədəki daşqınlar səbəbindən ölkə çempionatının bütün oyunlarını hələki təxirə salıb.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen son günlər daşqınlardan zərər çəkən Mərkəzi və Şərqi Avropa ölkələri üçün Birlik Fondundan 10 milyard avroya çıxış əldə etdiyini açıqlayıb.


Əntiqə Rəşid 

Seçilən
27
adalet.az

1Mənbələr