Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) 30 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq media mənsubları ilə qeyri-rəsmi formatda görüş keçirilib.
Publika.az xəbər verir ki, şirkətin təşkil etdiyi görüşdə 40-dan artıq media nümayəndəsi iştirak edib.
Səhər yeməyi formatında bir araya gələn media mənsubları ilə şirkətin media və piar siyasətini həyata keçirən məsul şəxslər arasında faydalı fikir mübadiləsi aparılıb.