AZ

Naxçıvanda sahibkarlıq subyektlərinin sayı artıb

1 oktyabr 2024-cü il tarixə Naxçıvan Muxtar Respublikasında 19729 mikro, 309 kiçik və 91 orta sahibkarlıq subyekti olmaqla, ümumilikdə 20129 aktiv KOB subyekti fəaliyyət göstərir ki, bu da ilin əvvəli ilə müqayisədə 57,3 faiz, o cümlədən mikro 59 faiz, kiçik 4 faiz və orta sahibkarlıq subyekti isə 3,4 faiz çoxdur.

Bunu Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında çıxışı zamanı deyib.

KOB subyektləri əsasən ticarət, kənd təsərrüfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir.

A.İsmayılovun sözlərinə görə, cari ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən KOB subyektlərinə verilən kreditlərin 7,8 faizi Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondlarının vəsaitləri hesabına təmin edilib.

“Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin layihə sayı üzrə 92 faizi, kredit məbləği üzrə isə 27,7 faizi kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb”, - A.İsmayılov əlavə edib.

Seçilən
24
vergiler.az

1Mənbələr