Bu gün Litvada Şimali At lantika Alyansının “Dəmir Qurd 2024-II” hərbi təlimləri başlayır.Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, hərbi təlimlər generalın poliqonunda oktyabrın 17-dək davam edəcək. Təlimə 3200-dən çox Litvanın hərbi müttəfiqi qatılacaq və 700 hərbi texnika istifadə olunacaq.
Litva hərbçiləri ilə yanaşı, Belçika, Çexiya, ABŞ, Lüksemburq, Norveç, Hollandiya və Almaniyadan olan hərbçilər də qatılacaq.
Xatırladaq ki, “Dəmir qurd” tipli hərbi təlimlər hər il yaz və payız aylarında keçirilir. Yerli sakinlərə xəbərdarlıq olunub ki, oktyabrın 7-10-da hərbi texnika Litvanın bir sıra rayonlarının yolları ilə hərəkət edəcək . Təlimlər zamanı təlim mərmiləri və pirotexniki vasitələrdən də istifadə olunacaq.
Zərintac MayisqızıMissiya.Az