AZ

Orxan Məmmədov: Fəaliyyətdə olan KOB subyektlərinin 3/1 hissəsi ticarət və onunla əlaqəli sektorda çalışırlar

"Ticarət məsələləri KOBİA üçün çox vacibdir. Ticarət sektoru üzrə KOB subyektlərinin geniş təmsil olunduğu sahədir”.

"Operativ Media” xəbər verir ki, bunu “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, KOB-lar üzrə məşğulluğun təmin edilməsi 16.7-lik rəqəmə malikdir:

“KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin 30 faizi ticarət sahəsində fəaliyyət göstərən sahibkarların payına düşür. Bu da böyük göstərici deməkdir. KOB-lar üzrə məşğulluğun təmin edilməsi 16.7-lik rəqəmə malikdir. Bu da əhəmiyyətli rol oynayır. Kəmiyyət göstəricisinə gəldikdə isə fəaliyyətdə olan KOB subyektlərinin 3/1 hissəsi ticarət və onunla əlaqəli sektorda çalışırlar”,- deyə o bildirib.

Seçilən
10
operativmedia.az

1Mənbələr