AZ

Musa Qurbanlı U-21 millimizə dəvət aldı

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət milli komandasının heyətinə cəlb edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də Şimali İrlandiya, 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.

Xatırladaq ki, Musa Qurbanlı uzun müddətdir zədədən əziyyət çəkirdi. Əməliyyat olunmuş futbolçu yenicə sıraya dönüb. O, uzunmüddətli zədədən sonra ilk dəfə ötən gün “Sumqayıt”la oyunda iştirak edib. Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan “Sumqayıt” – “Qarabağ” matçı Musanın komandasının 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qurbanlı start heyətdə meydana çıxdığı matçın 61-ci dəqiqəsində əvəzlənib.

Seçilən
15
arena.az

1Mənbələr