AZ

Orxan Məmmədov: KOB-ların qeyri-neft ixracında payı 28 faizdir

“2018-2022 illərdə KOB-ların sayı 60 faizdən çox artmışdır”.

"Operativ Media” xəbər verir ki, bunu “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, ölkəmizdə olan bizneslərin 99 faizdən çoxu məhz KOB-lar təşkil edir.

“Ötən ilin nəticələrinə diqqət yetirsək görərik ki, KOB-ların qeyri-neft ixracında payı 28 faiz olmuşdur. KOB-lar xarici valyutanın artırılmasına da xidmət göstərir. Ölkəmizdə olan bizneslərin 99 faizdən çoxu məhz KOB-lar təşkil edir”,- deyə o bildirib.

 

Seçilən
17
operativmedia.az

1Mənbələr