AZ

PARLAMENT SƏDRİ: "BİZ ABŞ-IN ŞTATI DEYİLİK..."

Ölkəmiz ingiliscə "Georgia" (Corciya) adlansa da, biz ABŞ-nin ştatı deyilik". 24News.ge xəbər verir ki, bu sözləri parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində deyib. Papuaşvili iddia edir ki, ABŞ-ın Gürcüstan vətəndaşlarına qarşı sanksiyalarla bağlı qəbul etdiyi qərarların qətiyyən hüquqi əsası yoxdur və Amerika tərəfi sanksiyalarla bağlı heç bir sübut təqdim edə bilməyib. Papuaşvili qeyd edib ki, Gürcüstan müstəqil dövlətdir və kənardan heç kim ölkənin daxili işlərinə qarışa bilməz: "Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də, bu qərar tamamilə özbaşına və əsassızdır," - deyə Papuaşvili bildirib.

Seçilən
7
tezadlar.az

1Mənbələr