Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduru başladacaq.

İndex.az xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

Spikerin sözlərinə görə, bu addıma səbəb prezidentin xarici səfərləri ilə əlaqədardır.

Qeyd edək ki, məhkəmənin qərarı ilə hökumətin razılığı olmadan prezident xarici səfərə yola düşə bilməz. Əgər əksi baş tutarsa, bu, Konstitusiyaya zidd addım kimi dəyərləndiriləcək.

Buna baxmayaraq, ötən həftə Zurabişvili Fransa, Almaniya, Polşa və Belçikaya rəsmi səfər edib.