AZ

Qurban Qurbanovun oğlu U-21 millisinə dəvət aldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

 

AFFA-dan Gundem.az-a verilən məlumata görə, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı U-21-in heyətinə cəlb olunub.

 

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.

 

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Seçilən
8
14
gundem.az

10Mənbələr