AZ

"Sabah" basketbol klubunun Avropa Kuboku üçün iştirak ərizəsi açıqlanıb

Bakı, 7 oktyabr, AZƏRTAC

"Sabah" basketbol komandasının FIBA Avropa Kubokunun müntəzəm mövsümü üçün iştirak ərizəsi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Rimas Kurtinaytis turnirdə 15 basketbolçunun xidmətindən yararlanacaq.

Bunlar Blu Kemron, Duval Trevon, Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Tariyel Yusifzadə, Andri Voynaloviç, Əlikamran Məmmədov, Şirzad Şirzadov, Aydın İbrahimov, Deandre Villiams, Endər Poladxanlı, Qravett Hassani, Mayk Holton, Klavs Kavars və Artyom Butyankovsdur.

Turnirin G qrupunda mübarizə aparacaq “Sabah” Yunanıstanın “Marussi”, İsveçin "Norrçepinq Dolfins" və Rumıniyanın "Spiru" komandaları ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi ilk oyununu oktyabrın 9-da səfərdə "Spiru"ya qarşı keçirəcək.

Seçilən
8
2
azertag.az

3Mənbələr