AZ

Bank Respublika “Kredit Həyat Sığortası” məhsulunu təqdim etdi

Bakı. Trend:

“Bank Respublika”dan kredit götürən müştərilər həyatsığortası əldə edə biləcəklər.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, kreditgötürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunutəqdim etdi.

Kredit Həyat Sığortası - kredit müddəti boyunca kreditgötürəninvəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyininyaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsinitəmin edəcək. Bu sığorta növü ailənizi və yaxınlarınızı sizin bankaolan kredit borcunuza görə məsuliyyət daşımaqdan azad edəcək.

Qeyd edək ki, müştəri özü könüllü olaraq Kredit Həyat Sığortasıməhsulunu əldə edib-etməməyi seçəcək və bu kreditin verilməsi iləbağlı yekun qərara təsir göstərməyəck.

Müştərilərin “Bank Respublika”da kredit müraciətlərirəsmiləşdirilən zaman onlara fərqli sığorta şirkətləri tərəfindəntəklif olunan həyat sığortası imkanı təklif ediləcək vəmüştərilərin könüllü olaraq seçdiyi sığorta məhsulurəsmiləşdiriləcək

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,linkedin,telegram səhifələrindəvə ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəngedərək əldə edə bilərsiniz.

Məqalədə:
Seçilən
7
14
az.trend.az

10Mənbələr