AZ

Niderland Ukraynaya F-16 qırıcılarının ilk partiyasını çatdırıb

Niderland

Bakı, 7 oktyabr, AZƏRTAC

Niderland F-16 qırıcı təyyarələrinin ilk partiyasını Ukraynaya tədarük edib.

AZƏRTAC xəbər verir ki, Niderlandın müdafiə naziri Ruben Brekelmans bu barədə özünün sosial media hesabında yazıb. Göndərilən təyyarələrin sayı açıqlanmasa da, vəd edilən 24 təyyarənin qalan hissəsinin yaxın aylarda Kiyevə veriləcəyi bildirilir.

Ukraynanı F-16 qırıcıları ilə təmin etməyi öhdəsinə götürən Niderland və Danimarka, eyni zamanda, ukraynalı pilotları hazırlayan koalisiyaya rəhbərlik edir.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen avqustun əvvəlində ilk F-16 təyyarələrinin Ukraynaya göndərildiyini təsdiqləyib. Kopenhagen ilin sonunadək bu qırıcıların daha bir partiyasını Kiyevə çatdırmaq niyyətindədir. Ümumilikdə Danimarka Ukrayna Silahlı Qüvvələrinə 19 ədəd F-16 verəcəyini vəd edib.

Seçilən
5
1
azertag.az

2Mənbələr