AZ

“Qarabağ” həndbol komandasının baş məşqçisi: Avropa Kubokunda daha irəli getmək üçün çalışırıq

“Qarabağ”

Bakı, 7 oktyabr, AZƏRTAC

“Qarabağ” və “Differdanj” eyni səviyyəli komandalardır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının baş məşqçisi Sergey Kambur Avropa Kubokunda Lüksemburqun “Differdanj” komandasına qalib gələrək III mərhələyə yüksəlmələri barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis hər iki oyunda komandasının şanslardan daha yaxşı istifadə etdiyini bildirib: “Oyunçularım rəqibin zəif nöqtələrindən lazımi şəkildə istifadə etdilər. Ümumiyyətlə, avrokuboklarda zəif komanda yoxdur. Avropa ölkələrində həndbol yüksək səviyyədə inkişaf edir. Biz də turnirdə daha irəli getmək üçün əlimizdən gələni etməyə çalışırıq”.

66 yaşlı baş məşqçi avrokuboklardakı hədəflərindən də söz açıb: “Avropa Kubokundakı şansımız püşkatmada bizə rəqib olacaq komandadan asılıdır. Qarabağın adını təmsil edirik və bunu yaxşı başa düşürük. Maksimum gücümüzü ortaya qoymaq istəyirik”.

Qeyd edək ki, III raundun matçları oktyabrın 10-dan 16-dək keçiriləcək.

Seçilən
14
azertag.az

1Mənbələr