AZ

Fransanın Azərbaycana qarşı növbəti təxribatı: Paris yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb

Bakı. Trend:

Artıq 4 ildir ki , Azərbaycanın ərazi bütövlüyü vəsuverenliyinin öz dövlət sərhədlərində tam miqyasda bərpa etməsininsiyasi nəticələri regional və beynəlxalq müstəvidə öz təsirinigöstərməkdədir.

Ən yeni tarixdə ilk dəfə idi qlobal oyunçuların maraqların buqədər kritik kəsişdiyi Cənubi Qafqaz kimi strateji regionda birölkə topaqlarını öz hesabına azad edib ve bununla da regionunsiyasi, iqtisadi və təhlükəsizlik parametrlərini kardinaldəyişib.

Cənubi Qafqaz regionundan xeyli uzaqda yerləşən bir sıraölkələr, xüsusilə ABŞ, Fransa və Kanadanın Azərbaycanınhərbi-siyasi gücü hesabına həllini tapmış keçmiş “Dağlıq Qarabağ”münaqişəsini “diriltmək”, var gücü ilə gündəmdə saxlamaqtəşəbbüslərinin səbəbi də budur. Məhz adlarını sadladığım ölkələrbu istiqamətdə bir sıra təşəbbüslər edir , beynəlxalq müstəvidəregional reallığı təhrif olunmuş şəkildə təqdim edir və s.

Diqqətlə nəzərdən keçirdikdə bu təşəbbüslərin bir mərkəzdənidarə olunduğu və sistemli xarakter daşıdığı aydın olur.

Məsələn, keçmiş separatçı rejimin nümayəndələri ABŞ Konqresinədəvət edilir, Konqresdə “Dağlıq Qarabağın süqutu”na həsr olunanyalan və təhrif olunmuş təqdimatlarla dinləmələr keçirilir vəs.

Həmçinin, ABŞ və Fransanın hökumət, Kanada parlament vətəndaşcəmiyyəti səviyyəsində Qarabağdan köç etmiş ermənilərə dəstək verənçoxsaylı maddi-mənəvi təşəbbüslər irəli sürür , dünyaya “etniktəmizləməyə məruz qalaraq deportasiya edilmiş Arsax xalqı” kimipsevdoreallıq yeritməyə çalışır , beynəlxalq siyasi və insanhaqları təşkilatlarında “müdafiə səddi” qurmağa çalışırlar. ABŞqanunverici orqanı olan Nümayəndələr Palatasının üzvü, Konqresdəkierməni qrupu sədrinin müavini Adam Şiff və digər konqresmenlərtərəfindən irəli sürülən 2024-cü il üçün “Artsax gəlirlərininbərpası aktı”, təqdim olunur və s.

Fransa prezident Makron dövlətin bütün imkanları hesabına Avropaİttifaqı ərazisində erməni maraqları gündəliyi formalaşdırır vəyalnız öz ölkəsi deyil, həm də Aİ-nin siyasi və təhlükəsizlikimkanları hesabına erməni maraqlarının müdafiəsini təşkil edir.

Kanadanın Xarici İşlər naziri Meloni Coli ölkəsinin xaricisiyasət servisini bütünlüklə erməni maraqlarının müdafiəsi üçünsəfərbər edir. Bu təşəbbüsdə də Kanada erməni diasporu və lobbiqruplarının mərkəzləşdirilmiş qərargahı rolunu oynayan Kanada AyDattəşkilatının bəyanatlarını və məlumatlarını istifadə edir və s.

Bu xüsusda beynəlxalq QHT-lərin və medianın fəaliyyəti qətiyyəntəəccüblü deyil, çünki onlar zamanında elə bu dairələr tərəfindənistinad mənbələri kimi istifadə olunmaq üçün yaradılıblar.

Məsələn, donorlarının hamısı ABŞ büdcəsindən maliyyə alanfondlar, jurnalist araşdırması ilə məşğul olan fərdi müxbirlərinbirliyi kimi təqdim edilən “Korrupsiya və MütəşəkkilCinayətkarlığın Araşdırılması Mərkəzi” - “OCCRP” -nin ABŞNümayəndələr Palatası və Konqresdəki erməni qrupunun dinləmə təşkiletdiyi həftədə araşdırma dərc edir. Və ya “Freedom House” dərcetdiyi materiallar, separatçı rejimin “dövlət naziri” RubenVardanyanın tərəfdaşı, USAID-in rəhbəri Samanta Pauer “ermənilərinQarabağdan kütləvi köçü”nə dair bəyanatlar verir. Emanuel Makronunpartiyasının üzvü, keçmiş fransız diplomatı Avropa Parlamentininyeni vitse-prezidenti seçilmiş Natali Luazonun “Dağlıq Qarabağermənilərinin etnik təmizlənməsi gününü” Avropa Parlamentində qeydetmək təşəbbüsü ilə çıxış edir və s. - bütün bunlar eyni prosesinmüxtəlif səhnələridir.

Əsas missiyası dünyada münaqişələrin həllinin təşviqi ilə rahat,demokratik, idarə olunan təhlükəsiz beynəlxalq mühitinformalaşmasında iştirak etmək olan beynəlxalq təşkilatların sərtmövqeyi də özünü gözlətmir və bu xora varlığı ancaq bizə qarşıəsassız iddialar səsləndirmək olan, müxtəlif siyasi və iqtisadilobbi qruplarından maliyyələşən, bu maraqlara xidmət edənbeynəlxalq insan haqları təşkilatları da qoşulur.

Ümumiyyətlə , son onilliklərdə beynəlxalq müstəvidə insanhaqları təşkilatları, onların rolu və mövqeyi ətrafındamüzakirələrin möhkəmləndirdiyi bir fikir var: sifarişli fəaliyyətgöstərən, riyakar təsisatlar.

Xatırladım ki, belə təşkilatların mahiyyəti haqqında ən dürüstfikri elə ABŞ-nin özünün BMT-dəki keçmiş səfiri Nikki Haleyzamanında BMT tribunasından səsləndirmışdı - o, insan haqlarıtəşkilatlarını riyakarlıqda günahlandıraraq, onları dünyada sülhə,ədalətə və ya insan haqlarının qorunmasına deyil, ancaq özünəxidmət edən və pulla hərəkətə gələn təsisatlar adlandırmışdı.

Nümunə üçün deyim ki , dünyanın gözü önündə Fransada 2023-cüildə davam edən etirazlarda dinc etirazlar dağıdıldı, etirazçılarpolis zorakılığına məruz qaldı, jurnalistlər və media işçiləridöyüldü, qadın jurnalistin üzərinə fransız polisi tərəfindən silahçəkildi. Hökümət müstəqil təşkilatların və media qurumlarının işinəəngəllər yaratdı, hakimiyyət vətəndaş cəmiyyəti fəallarının siyasimotivli mühakimələrini və qanunsuz həbslərini də həyata keçirdi vəs.

Bir sözlə , Fransa höküməti tərəfindən media, sərbəst toplaşmaq,ifadə azadlıqları sistemli şəkildə məhdudlaşdırıldı, dinc aksiyayaçıxanlar döyüldü. Ancaq bu məqamların heç biri 2023-cü ilinbeynəlxalq insan haqları təşkilatının hesabatlarında kiçik epizodlaolsa belə öz əksini tapmadı.

Beynəlxalq təşkilatlarda heç vaxt araşdırılmayan, Qərbmediasında işıqlandırılmayan Ermənistanın müharibəcinayətləri

Bu günə qədər Avropa Parlamentində, Avropa Şurası ParlamentAssambleyasında bir dəfə də olsun Ermənistanın 30 illik işğalsiyasəti, onun fəsadları və müharibə cinayətləri haqqındadanışılmayıb. Avropa Şurası insan haqları müvəkkilləri də bumövzuda susub.

Avropa Parlamenti, AŞPA, AŞ insan haqları müvəkkili Ermənistanınİkinci Qarabağ müharibəsində ballistik raketlərindən istifadəedərək dinc azərbaycanlıları hədəfə alınmasını, nəticədə 100-dənçox mülki şəxsin qətlə yetirilməsini görməzdən gəliblər. BirinciQarabağ müharibəsi dövründə 4 mindən çox azərbaycanlının itkindüşməsi faktı da onların gözündən “yayınıb” .

Beynəlxalq müstəvidə aparıcı rol oynayan bu təsisatlarAzərbaycanla bağlı bu mövzular haqqında, hətta balanslı yanaşmaxətrinə belə bu günədək hər hansı bir açıqlama verməyib və bucinayətlərə münasibət bildirməyib. Əvəzində isə son bir ildirBeynəlxalq QHT-lər şəbəkəsi, Soros Fondununmaliyyələşdirdiyi geniş şəbəklər, “Human Rights Watch”, “AvropaStabillik Təşəbbüsü ESI, “Amnesty İnternational”, “İnsan HaqlarıEvi”, “Açıq dialoq” kimi QHT-lər Azərbaycana qarşı aktivkampaniyalar aparır.

Azərbaycana qarşı səfərbər olunmuş QərbMediası

Azərbaycana qarşı beynəlxalq səviyyədə mediada aparılanantitəbliğatda ABŞ və Avropanın aparıcı piar şirkətlərinin iştiraketməsi haqqında məlumatlar zaman-zaman ifşa olunub. Son bir ildəbelə kampaniyalarda ABŞ və Avropanın bir sıra aparıcı piarşirkətlərinin iştirakı bəlli dəst-xətti olan media təsisatlarda damüşahidə olunur.

Bu dəst-xətt daha çox bir sıra ABŞ və Aİ ölkələrinin xüsusixidmət dairələrinin ənənəvi təbliğat üsulları və adət-ənənələritətbiq olunmaqla aparılan antitəbliğat əməliyyatlarıdır. Bunu iddiaetmək üçün xüsusi xidmət dairələrinin ənənəvi təbliğat üsullarınavə həssas proseslərdəki davranış sinxronluğuna baxmaqkifayətdir.

Məsələn, ABŞ dövlətinin İraq, Mərkəzi Asiya, Balkanlarda vədigər regionlardakı əməliyyatlarının sistemli şəkildə pozitivtəbliğ edən media resursları, uzun illər Rusiya və Çinə qarşıaparılan təbliğatın elementlərindən istifadə etməklə, indi dəanti-Azərbaycan təbliğatı aparırlar.

Məsələn, Xankəndidə “aclıq realiti şousu” ABŞ media industriyasıruhunda və adət-ənənəsi ilə həyata keçirilən dezinformasiyaəməliyyatı idi.

Avropa İttifaqı media müstəvisində anti-Azərbaycan məzmunlarınınmanitorinq və təhlili göstərir ki, bu təbliğatın istinadmənbələrində öndə fransızdilli media və onların dərc etdiyiməqalələr gəlir. Bu prosesdə, paralel olaraq, Aİ-nin müxtəlifölkələrində erməni lobbi dairələrinə yaxın media resurslar daiştirak edir.

Yuxarıdakı məqamlardan və Avropa İttifaqı media müstəvisindəAzərbaycan haqqında tirajlanan saxta xəbərlərin vəmanipulyasiyaların məzmunlarının müntəzəm təhlili belə sifarişinheç də insan haqları, demokratiya ilə bağlı olmadığını üzəçıxarır.

Azərabycana qarşı səfərbər olunmuş Beynəlxalq Media və QHT-lərinhədəfləri haqqında danışarkən insan haqları ilə bağlımanipulyasiyaların və ümumiyyətlə bu anti-təbliğatın hədəflədiyibir neçə məqsəd var:

- Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti qabartmaq vəbeynəlxalq təşkilatlarda davamlı təbliğat aparmaqla anti-Azərbaycancəbhəsi formalaşdırmaq;

- Beynəlxalq təşkilatlarda davamlı təbliğatın yaratdığıgərginlik və təzyiqlərin fonunda ölkənin beynəlxalq təşkilatlardanözünütəcrid yolunu tutmasına nail olmaq;

- Ölkədə iqtisadiyyatın və cəmiyyətin hərbiləşdirilməsigörüntüsü ilə regionda yeni müharibə riskinin mövcudluğunu iddiaetmək və Azərbaycanı regional təhlükəsizliyə hədə kimi təqdimetmək;

- Bütün bu təbliğatların təsiri altında Azərbaycandan xaotikgeri çəkilmə, birtərəfli güzəştlərə nail olmaq.

- Ən əsası isə Ermənistanla danışıqlarda Azərbaycan mövqelərininzəifləməsi, sabit zəminsiz sülh sazişinin imzalanmasına nail olmaqməqsədi güdülür.

Yeganə Hacıyeva,

Mətbuat Şurası İdarə Heyyətininüzvü

Seçilən
13
az.trend.az

1Mənbələr