AZ

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 364,465 milyon ABŞ dolları həcmində gəlir əldə edib.. 

Bu barədə Fonddan məlumat verilib.

Bildirilir ki, avqust ayı ilə müqayisədə sentyabr ayının göstəriciləri dəyişməyib, 2023-cü ilin eyni dövrünə nisbətən isə 818,535 milyon ABŞ dolları və ya 3,2 dəfə azdır.

Bu ilin ilk 9 ayında Neft Fonduna daxil olan vəsaitlərin 113,878 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,68 milyon ABŞ dolları və ya 2,3 dəfə azdır.

Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlirin həcmi 1 milyard 183 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 259,554 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Poliqon.info 

Seçilən
105
4
poliqon.info

5Mənbələr