AZ

Kristiano Ronaldo daha bir möhtəşəm dünya rekorduna imza atdı

Səudiyyə Ərəbistanı Liqasının 6-cı turunun “Əl-Oruba” ilə ev oyunu “Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Ronaldo bu oyunda “Nəcd cəngavərləri”nin 3:0 hesablı qələbəsinə vurduğu qolla töhfəsini verib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumatına görə, bu qol sayəsində Ronaldo özünün peşəkar futbolçu karyerası ərzində 600-cü rəsmi oyununda qol vurmağı bacarıb ki, bu da portuqal ulduzun öz şəxsi rekordunu yuvarlaq ədədə çatdırması ilə əlamətdar olub.

“Kriş” adəti üzrə nailiyyətini və oyunu şərh edib: “Biz dayanmırıq. Birlikdə!” – Ronaldo özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Ronaldonun ən yaxın izləyicisi “İnter Mayami”nin və Argentina yığmasının ulduz hücumçusu və kapitanı Lionel Messidir (556 oyun). İlk üçlüyü isə Braziliya futbolunun əfsanəsi Romario qapayır (479 oyun).

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 73 oyun, 66 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
10
5
arena.az

10Mənbələr