Bakı, 7 oktyabr, AZƏRTAC
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarıının adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Viktor Ambros və Qəri Ruvkunun 2024-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldükləri elan edilib. Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun post-transkripsiya gen tənzimləməsində rolunun tədqiqinə görə layiq görülüblər.