AZ

Bayramov Moskvada Mirzoyanla görüşməyəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Moskvada səfərdədirlər.

Ölkə.Az xəbər verir ki, səfər çərçivəsində tərəflər arasında görüşlər ehtimal edilsə də, bu görüş baş tutmayacaq. Çünki RF XİN başçısı Sergey Lavrov bir müddət əvvəl Moskvada belə bir görüşün baş tutması ehtimalı barədə açıqlama verib. 

Bu barədə Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan açıqlamasında deyib.

“Ararat Mirzoyan MDB iclasında iştirak edir, Azərbaycanın xarici işlər naziri ilə ayrıca görüş planlaşdırılmır”, - Ani Badalyan "aysor.am"a açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri MDB Dövlət Başçıları Şurasının iclasından əvvəl Moskvada keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvada səfərdədirlər. 

Mürtəza
Ölkə.Az

Seçilən
10
olke.az

1Mənbələr