AZ

Səhralaşma təhlükəsi bəşəriyyəti məhvə aparır: Qlobal istiləşmə 3°C-ə çatır?

"Biz artıq səhralaşmanın təkcə Şimali Afrikada deyil, həm də Yunanıstan, Portuqaliya və Türkiyə kimi Avropanın cənub axarlarında baş verdiyini görürük".


Adalet.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəhbəri Cim Ski The Daily Telegraph-a bildirib.
C.Skinin sözlərinə görə, 2100-cü ilə qədər üç dərəcə Selsi qlobal istiləşmə baş verə bilər. " Bu arada Qərbi Avropa və Böyük Britaniya əsrin sonuna qədər daha da 5 dərəcə Selsiyə qədər istiləşmə ilə üzləşəcək ".
Ski bunun iqtisadi problemlər yarada biləcəyini, xüsusən də Polşanın kartof yetişdirməkdə çətinlik çəkə biləcəyini, İtaliyanın isə makaron istehsalında istifadə edilən bərk buğda sortlarının yoxa çıxması ilə üzləşdiyini qeyd edib.


Qeyd edək ki, bu problem keçən əsrin 70-80-ci illərindən başlayaraq özünü qabarıq şəkildə göstərməyə başlayıb. Yer səthinin üçdə biri deqradasiyaya uğrayıb. Bu isə 1 milyarddan çox insanın sağlamlığını və yaşayışını təhdid edir. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 milyon hektara çatır. Yer kürəsində 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalıb. Səhralaşma əsasən dünyanın 110 ölkəsində mövcuddur.

 Əntiqə Rəşid

 

Seçilən
21
2
adalet.az

3Mənbələr