AZ

Fonseka hakimləri tənqid etdi: “Bu, sirk deyil, futboldur”

“Milan”ın baş məşqçisi Paulo Fonseka İtaliya A Seriyasının 7-ci turu çərçivəsində “Fiorentina”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, sözügedən komanda səfərdə baş tutan bu oyundan məğlubiyyətlə (1:2) ayrılıb.

“Rossoneri” bu oyunda iki penalti qazansa da, onları qola çevirə bilməyib. Portuqaliyalı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Nə çatışmırdı? Bir neçə xüsus çatışmırdı. Birinci hissədə müdafiə aqressiyamız və təkbətək mübarizələrdə qalibiyyətimiz əskik idi. Qol buraxmağımız bunu açıq surətdə göstərir. Onlar demək olar ki, həmişə topu qazanırdılar. Quruluşumuzda ötkəm deyildik. Sonra da qaçırılmış penaltilər oldu… Amma biz “Fiorentina”dan daha çox qol vurmaq üçün hər cür şərait yaratdıq. A Seriyasında oyunlarda qalib gəlmək çətindir, amma iki penaltini qaçırsan və ikincisi kimi qol buraxsan… Obyektiv olmaq gərəkdir”, deyə Fonseka vurğulayıb.

Portuqal mütəxəssis həmçinin bu oyunda hakimliyi tənqid edib:

“Mən hakimlik haqqında danışmağı xoşlamıram, amma bu, futbol deyil. Futbol təmas idman növüdür və bir toxunuş penalti təyin etmək üçün kifayət deyil. Sadə bir toxunuş kifayətdir ki, bunu da bu həftəsonu gördük. Sonra isə hamımız əsəbləşməyə başlayırıq və bu, fəsada çevrilir. Bu, sirk deyil, futboldur. Mən təkcə bizə qarşı təyin edilmiş penaltiləri deyil, həm də xeyrimizə təyin edilmiş penaltiləri deyirəm. A Seriyasında neçə penalti görürük?”, deyə Paulo Fonseka eyhamla danışıb.

7 turdan 11 xal toplamış “Milan” A Seriyasının yarış cədvəlində 11 xalla 6-cı pillədə qərarlaşıb. “Fiorentina” isə 10 xalla 10-cu yerdədir. A Seriyasına 16 xalla “Napoli” başçılıq edir.

Seçilən
26
arena.az

1Mənbələr