AZ

Gürcü Arzusu Zurabişvilidən canını qurtarmaq istəyir

Hakim Gürcü Arzusu Partiyası yenidən respublika Prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Parlament çoxluğu impiçment prosedurunu bərpa etmək qərarına gəlib”, - o bildirib.

Papuaşvili qeyd edib ki, deputatlar hələ parlament seçkisinə qədər konstitusiya məhkəməsinə müraciət edəcəklər:

“Hakim partiya bu qərarı Zurabişvilinin hökumət başçısının razılığı olmadan davam etdirdiyi xarici səfərlərinə görə verib”.

Seçilən
4
axar.az

1Mənbələr