AZ

“Beynəlxalq hüquqa hörmət edilməlidir” - İtaliya İsraili “atəşkəs”ə çağırıb

İtaliyanın Baş naziri Ciorcia Meloni İsrail qüvvələrinin Qəzzada törətdiyi qırğınlara münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, Meloni İsraili “beynəlxalq hüquqa hörmət etməyə” çağırıb və bildirib ki, fələstinlilər iki dəfə İsrailin hərbi əməliyyatlarının qurbanı olublar.

O, qeyd edib ki, əvvəlcə HƏMAS fələstinlilərdən “canlı qalxan” kimi istifadə edib, ardınca isə bölgədə İsrailin hərbi əməliyyatları başlayıb.

Meloni həmçinin bildirib ki, o, bölgədə dərhal atəşkəs əldə etmək, israilli girovları azad etmək və BMT qətnamələrinin tam şəkildə yerinə yetirilməsi yolu ilə İsrail-Livan sərhədini sabitləşdirmək üçün fəaliyyət göstərməyə davam edəcək.

“AzPolitika.info”

phrase_var_article.chosen
42
azpolitika.info

1phrase_var_article.sources