AZ

Müəllimləri təhqir edənlərə cərimə gəlir

Müəllimləri təhqir etməyə görə inzibati məsuliyyət haqqında qanun layihəsi hazırlanır. 

Qanun layihəsini Rusiya Dövlət Dumasının deputatları hazırlayırlar.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti parlamentarilərə istinadən yazır.

Layihəyə görə, müəllimin xidməti vəzifələrini yerinə yetirərkən açıq şəkildə təhqir edilməsinə görə vətəndaşlar 5 min rubldan 20 min rubla qədər, vəzifəli şəxslər 50 min rubldan 100 min rubla qədər, hüquqi şəxslər isə 100 min rubldan 500 min rubla qədər cərimə ilə cəzalandırılacaqlar. 

Təhqir internetdə yayılarsa, cərimə daha yüksək olacaq - vətəndaşlar üçün 10 mindən 30 min rubla qədər, vəzifəli şəxslər 100 mindən 200 minə qədər, hüquqi şəxslər üçün 500 mindən 700 min rubla qədər cərimə ödəyəcəklər.

Sənəd artıq Təhsil Nazirliyi tərəfindən dəstəklənib.

Seçilən
24
cebheinfo.az

1Mənbələr