AZ

İranda hərbi yardımla bağlı qanun hazırlanır

İranda bir sıra ölkələr və Yaxın Şərqdəki “azadlıq hərəkatları” ilə “Müqavimət paktı”nın bağlanmasına dair qanun layihəsi hazırlanır.

Medianews.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“Bu müqavilə ABŞ və ya İsrailin tərəflərindən birinə hücum edəcəyi təqdirdə hərbi və iqtisadi yardımın göstərilməsini nəzərdə tutur”,- nəşr yazır.

Sənəddə digər məsələlərlə yanaşı, hərbi əməliyyatların əlaqələndirilməsi və təlimlərin keçirilməsi üçün operativ qərargahın yaradılması nəzərdə tutulur.

Ayşən

Seçilən
25
medianews.az

1Mənbələr