AZ

Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək

Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası prezidentin impiçmenti prosedurunu bərpa edəcək.

hakimiyyet.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

Onun sözlərinə görə, konstitusiya qadağasına rəğmən hazırkı prezident Salome Zurabişvili hökumətin icazəsi olmadan xaricə icazəsiz səfərlər edir.

Ş.Papuaşvili bildirib ki, yeni konstitusiya təklifi parlament seçkilərinə qədər Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Seçilən
6
hakimiyyet.az

1Mənbələr