Oktyabrın 7-də polis əməkdaşları tərəfindən Qarabağ kanalından 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun meyiti tapılıb.
APA-nın yerli bürosu xəbər verir ki, onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, K.Əhmədli sentyabrın 1-də itkin düşmüş və iki gün sonra üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilmiş 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızını qətlə yetirməkdə şübhəli bilinib.
Bərdə Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.