“Mançester Yunayted” son 35 ildə İngiltərə Premyer Liqasının ən uğursuz startına imza atıb.
QOL.az xəbər verir ki, "qırmızı şeytanlar" bu mövsüm 2 qələbə qazanıb, 2 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşib.
Erik ten Haqın komandası hazırda 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Bu, "Mançester Yunayted"in ilk 7 turda 7 xal topladığı 1989-90 mövsümündən bəri ən pis göstəricisidir.
Həmin mövsüm “Mançester Yunayted” 14-cü polub. Bu da Aleks Ferqyusonun rəhbərliyi altında komandanın ən pis nəticəsi olub.