"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Pro Liqanın 6-cı turunda "Əl-Oroba" üzərində qazandıqları qələbəyə (3:0) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu qarşılaşmada hesabı açmaqla dünya futbolu tarixində 600 müxtəlif oyunda qol vuran ilk futbolçuya çevrilən 39 yaşlı forvard sosial şəbəkə hesabında belə yazıb:
"Biz dayanmırıq! Birlikdə!"
Xatırladaq ki, 6 oyuna 14 xal toplayan "Əl-Nəsr" turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.
Nihat