Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib.
Day.Az Bakupost.az-a istinadən xəbər verir ki, piyada 2003-cü il təvəllüdlü Sarxanlı Vaqif Həbib oğlunu Kamaz yük maşını vurub.
Xəstə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Ciddi baş-beyin travması və sınıqlar alan xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Fakt üzrə araşdırma aparılır.