AZ

Doqquz ayda 4116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verilib

Bakı, 7 oktyabr, AZƏRTAC

2024-cü ilin doqquz ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 4116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verilib.

SİF-dən AZƏRTAC-a bildirilib ki, doqquz ay ərzində sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitabank" ASC, "AccessBank" QSC (AccessBank Azerbaijan), "Yelo Bank" ASC və "Aqrarkredit" QSC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Kapital Bank" ASC, "AccessBank" QSC və "Yelo Bank" ASC daxildir.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

Seçilən
94
5
azertag.az

10Mənbələr