AZ

İngiltərənin 4 klubu braziliyalı vunderkində elçi düşdü

Ötən mövsüm yüksək liqadan B Seriyasına düşən "Santos" klubu maliyyə çətinliklərini yüngülləşdirmək üçün oyunçularına edilən transfer təkliflərini nəzərdən keçirməyə məcburdur. 

Fanat.Az xəbər verir ki, onlardan biri də İngiltərə Premyer Liqasının bir neçə təmsilçisinin diqqətini cəlb edən 18 yaşlı Joao Pedro Şermontdur.

İnformasiyanı "Caught Offside" yayıb. 

Gənc sağ cinah müdafiəçisi ilə "Arsenal", "Volverhempton", "Everton" və "Çelsi"nin maraqlandığı bildirilir. Braziliyalı vunderkind üçün təzminat məbləğinin 58 milyon funt sterlinq olmasına baxmayaraq, klub daha kiçik təklifləri də nəzərdən keçirməyə hazırdır. İngiltərə klubları artıq braziliyalının yaxın ətrafı ilə danışıqlara başlayıb.

Joao Pedro Şermont bu il 35 oyun keçirib və bu görüşlərdə 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
31
fanat.az

1Mənbələr