"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta 40 yaşında karyerasını bitirdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İnyestanın son klubu 2023/24 mövsümündə çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" klubu olub.
Yarımmüdafiəçi karyerası ərzində "Barselona" və "Vissel Kobe"də də çıxış edib.