Hindistanın “Mohun Baqan” klubu Asiya Çempionlar Liqasının 2-ci Divizionundan qovulub.
Bizim.Media xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
Buna “Mohun Baqan”ın Çempionlar Liqasının 2-ci turunun “Traktor”la səfər oyunu üçün Təbrizə gəlməməsi səbəb olub. Sözügedən qarşılaşma oktyabrın 2-də baş tutmalı idi.
“Mohun Baqan” altıqat Hindistan çempionu və son ölkə çempionatının qalibidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta