AZ

ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur

ABŞ Prezidenti Co Bayden Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sərəncam ştata yaxınlaşmaqda olan Milton qasırğası ilə əlaqədardır.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) bildirib ki, Milton qasırğası ABŞ-nin Körfəz sahillərinə doğru irəliləyərək sürətlə beşinci kateqoriyaya çevrilib.

Floridaya doğru hərəkət edən qasırğanın sürəti 160 mil (250 km/saat) olan şiddətli küləklər meydana gətirdiyi bildirilib.

Bununla yanaşı, əyalətin ən böyük evakuasiya səylərinə hazırlaşdığ vurğulanıb.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr