AZ

Müğənni Sissi Hyuston vəfat edib

Bakı. Trend:

İki dəfə "Qremmi" mükafatı laureatı, sənətçi və müğənni UitniHyustonun anası, amerikalı müğənni Sissi Hyuston 92 yaşındadünyasını dəyişib.

Trend xəbər verirki, bu barədə Associated Press məlumat yayıb. Sissi Hyustonungəlini Pat bildirib ki, sənətçi Alzheimer xəstəliyindən əziyyətçəkərkən Nyu Cersidəki evində ailəsinin əhatəsində palliativmüalicə alarkən vəfat edib.

Onun qızı, Uitni Hyuston isə 2012-ci ildə dünyasını dəyişib.

Sissi Hyuston 30 sentyabr 1933-cü ildə Nyuark şəhərindəçoxuşaqlı ailədə anadan olub. O, 1938-ci ildə qardaşları Larri vəNikki, bacısı Ann ilə birlikdə The Drinkard Four adlı incil musiqiqrupunu yaratmağa başlayaraq oxumağa qədəm qoyub.

1970-ci ildən Hyuston solo karyerasına tam şəkildə başlayıb vəmüxtəlif janrlarda 600-dən çox mahnı yazıb. O, 1997-ci ildə "Faceto Face" və 1999-cu ildə "He Leadeth Me" albomları üçün "Qremmi"mükafatlarını qazanıb. O, 2018-ci ildə karyerasını başa vurub.

Seçilən
88
2
az.trend.az

2Mənbələr