AZ

Con Duran “Aston Villa” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Kolumbiya yığmasının və “Aston Villa”nın hücumçusu Con Duran İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Aston Villa” cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan futbolçusu ilə müqavilənin müddətini uzatmağa qərar verib. Tərəflər arasındakı yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti isə 2028-ci ilin 30 iyununda başa çatacaqdı.

Xatırladaq ki, 20 yaşlı kolumbiyalı futbolçu “Aston Villa”ya 2023-cü ilin əvvəlində 16,64 milyon avroya ABŞ təmsilçisi “Çikaqo”dan transfer olunub. O, bu mövsüm bütün yarışlarda meydana çıxdığı 10 matçda 6 qol vurub. Duranın “Aston Villa” karyerası bütövlükdə 59 oyun və 14 qoldan ibarətdir.

Con Duran daha öncə “Enviqado” və “Çikaqo”da çıxış edib. Kolumbiyanın U-17 və U-20 yığmalarında oynamış hücumçu əsas millidə 2022-ci ilin sentyabr ayında debüt edib. Gənc forvard indiyə qədər Kolubmiya yığmasında 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
49
arena.az

1Mənbələr