AZ

Bu ölkədə öpüşmək və cinsi əlaqə qadağan olundu

Qana Səhiyyə Xidməti meymunçiçəyi epidemiyası səbəbindən əhalini öpüşməkdən və cinsi əlaqədən çəkinməyə çağırıb. 

News24.az “Modern Ghana”-ya istinadən xəbər verir ki, indiyədək ölkənin onlarla rayonunda virusa 230 yoluxma halı qeydə alınıb. 

Səhiyyə Xidmətinin məlumatına görə, xəstəliyə yaxın bədən təması zamanı da yoluxmaq mümkündür. 

Bundan əlavə, Qana əhalisi profilaktik tədbirlər görməyə və infeksiyaya yoluxma ilə bağlı ən kiçik şübhə olduqda həkimə müraciət etməyə çağırılıb.



Seçilən
11
news24.az

1Mənbələr