AZ

“Unicapital İnvestisiya Şirkəti” ilin ilk yarısını xalis mənfəətlə bitirib

“Unicapital İnvestisiya Şirkəti” ASC 2024-cü ilin ilk yarısında 13.54 min manat xalis mənfəət əldə edib. Keçən ili isə bütünlükdə investisiya şirkəti 223.79 min manat xalis mənfəət əldə etmişdi.

Banker.az xəbər verir ki, şirkət keçən yarımil ərzində 633.61 min manat faiz gəliri, 1 milyon 490.31 min manat komissiya gəliri, 234.95 dilinq gəliri əldə etməklə ümumi gəlirlərini 1 milyon 139.81 min manata çatdırıb.

İnvestisiya şirkətinin 1 iyul 2024-cü il tarixinə olan bölüşdürülməmiş mənfəətinin həcmi 1 milyon 361.66 min manata çatıb. Beləliklə, 300 min manat səhm kapitalı və bölüşdürülməmiş mənfəətlə bərabər ümumi 1 mln. 805.66 min manat xalis aktivə sahibdir.

Cəmi aktivlərin həcmi isə 36 mln. 449.52 mln. manatdır. İlin əvvəlində aktivlərin həcmi 21 mln. 222.06 min manat idi.

Seçilən
51
50
banker.az

10Mənbələr