Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türkiyədə səfərdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşəcək.
E.Tatar Türkiyənin Ankara, Samsun və Trabzon şəhərlərində olacaq, bir sıra tədbirlərdə iştirak edəcək.
ŞKTC Prezidenti, həmçinin bəzi universitetlərdə çıxış edəcək.