AZ

Messi İnyestanın karyerasını başa vurmasına təsirli reaksiya verdi (FOTO)

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi "Barselona"da keçmiş komanda yoldaşı Andres İnyestanın peşəkar futbolçu karyerasını bitirmək qərarını şərh edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "İnstagram" səhifəsində yazıb. 

"Ən cazibədar yoldaşlardan və birlikdə oynamaqdan ən çox həzz aldığım insanlardan biri. Top sənin üçün darıxacaq. Biz də! Sənə ən yaxşısını arzulayıram, fenomen", deyə Messi yazıb.
 


Xatırladaq ki, İnyesta 1996-2018-ci illərdə "Barselona" sistemində olub. İspan futbolçu Kataloniyanın əsas klubunda 674 matçda 57 qol vurub və 136 məhsuldar ötürmə edib. Barselonanın bir hissəsi olaraq İniesta dünya futbol tarixinin ən titullu oyunçularından biri olub.

40 yaşlı yarımmüdafiəçi Yaponiyanın "Vissel Kobe” və BƏƏ-nin "Emirates” klublarında da çıxış edib. İspaniya millisinin üzvü kimi İnyesta iki dəfə Avropa çempionatının və 2010-cu ildə dünya çempionatının qalibi olub.

Nizami Bağırov
Seçilən
5
qaynarinfo.az

1Mənbələr