AZ

Elgiz: “Adama “ərdə olmusan, ya olmamasan?” sualını vermək olmaz? Dövlət sirridir?”

Aparıcı Elgiz Əkbər “ARB TV”də yayımlanan “Elgizlə izlə” verilişinə aparıcı olmaq üçün müraciət edənlərə şəxsi həyatları ilə bağlı suallar verdiyinə görə tənqid olunmasına münasibət bildirib.

 

O, Pravda.az-a açıqlamasında deyib ki, həmin namizədlərə şəxsi sual verməzdən əvvəl icazə istəyir: “Mən heç kimə “Niyə boşanmısınız?” sualı verməmişəm. Axı mən sual verməzdən əvvəl yüz dəfə deyirəm ki, “şəxsi sual verməyə icazə verirsiniz?” Məgər bunu eşitməyiblər? Əslində heç icazə almamalıyam. Videonu paylaşanlar həmin hissəni çıxarırlar. Təhrif edirlər. Axmaq, başıboş, işi-gücü olmayan, verilişə tam baxmayan adamların sözünə cavab vermək mənim nəyimə lazımdır? Efirə gələnlər mənim nəvəm yerində uşaqlardırlar. Vaxtında evlənsəydim, o boyda nəvəm olardı. İxtiyarım çatmır kiməsə şəxsi sual verməyə? Başa düşmədim, adama “ərdə olmusan, ya olmamasan?” sualını vermək olmaz? Dövlət sirridir? Mən işə adam götürürəm. Tanımalı deyiləm, bu adam kimdir, nəçidir, kimin qızıdır, ailələdir, ya deyil? İşə götürüləndə anket doldurmursunuz? Sual verirəm ki, yaxın zamanda ərə gedəcəksiniz? Çünki düşünürəm, birdən mən əziyyət çəkib onu hazırlayaram, həyat yoldaşı isə deyər ki, işləməyə qoymuram, televiziyada nə işi var? Mənim də əziyyətim batdı. Buna görə deyirəm ki, qoy nişanlısının da fikrini öyrənək, görək icazə verəcək? Vaxtımı ona niyə sərf edim? Siz tanımadığınız adamı işə götürərsiniz? Təbii ki, yox. Bunu şişirtməyin nə mənası var?” 

 

Aytəkin Qardaşova 

Tarix: 8 Oktyabr 2024, 11:35   
Seçilən
32
1
pravda.az

2Mənbələr