AZ

Diddinin qurbanlarına susmaq müqabilində pul ödəniləcək

Dostları hazırda həbsdə olan dünya şöhrətli repçi Pi Diddinin qurbanlara adlarını açıqlamamaq üçün pul ödəyəcəklər.

OLAY yazır ki, bununla bağlı “Page Six” nəşri məlumat yayıb.

Məlum olub ki, 120-yə yaxın zərərçəkmişin maraqlarını təmsil edən vəkil Toni Buzbi bunda israrlıdır.

Vəkil bildirib ki, ən azı bir dəfə Diddin (əsl adı - Şon Kombs) məclisində iştirak edən və onun şıltaqlıqlarından xəbəri olan hər kəs cinayətlərdə iştirak edib.

Və onlar üçün ictimai qalmaqaldan qaçmağın yeganə yolu zərərçəkmişlərlə özəl olaraq razılaşmaqdır.

Buzbi, ulduzlara məktub göndərərək, onların susacağı təqdirdə repçinin dostları tərəfindən yaxşı bir məbləğ mükafatlanacaqlarını bildirib. 

Görünən odur ki, bu növ barışıq sazişlərinin bəziləri uğurla bağlanıb.

“Biz bunu bir çoxları haqqında eşitdiyiniz insanlarla etdik və biz bunu etməyə davam edəcəyik. Bununla belə, tələb məktubları alanlar hesablaşmadan imtina edərlərsə, onların adları açıq məhkəmə yolu ilə açıqlanacaq”, – Buzbi xəbərdarlıq edib.

Xatırladaq ki, Pi Diddi hazırda həbsdədir. Onun həbsindən əvvəl keçmiş sevgilisi Kessi və digər qızlar tərəfindən zorakılıq, narkotik vasitələrdən məcburi istifadə və insan alveri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. Mart ayında repçinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və cinsi əlaqə zamanı istifadə olunan gel materialları aşkar edilib. İstintaq hesab edir ki, reper bütün bunlardan seks məclisləri üçün istifadə edib.

Seçilən
70
olay.az

1Mənbələr