Lənkəranda usta faciəvi şəkildə ölüb.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun kənarında baş verib. Burada dülgər sexinin damını rəngləyən 31 yaşlı Rzazadə Elgün Rza oğlu şiferin qırılması nəticəsində yıxılaraq, xəsarətlər alıb.
O, yerləşdiyi Lənkəran rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.