AZ

Millətlər Liqası: Estoniya – Azərbaycan matçının hakimləri açıqlanıb

Millətlər

Bakı, 8 oktyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının C Divizionunda Estoniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Rob Harvi olacaq. Ona yan xətt hakimləri Robert Klark və Ueyn Makdonnell kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rob Hennessi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Seçilən
27
34
azertag.az

10Mənbələr