Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün qrup mərhələsində 2-ci turunun matçları keçiriləcək.
B qrupunda mübarizə aparan Azərbaycan millisi Hindistanla qarşılaşacaq. İlk turda Serbiyaya məğlub olan (1:5) yığmamız ilk qələbəsini qazanmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Qeyd edək ki, qrupun digər matçında Serbiya ilə Çexiya qarşılaşacaq.